“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 13-cü turunda “Əl-Həzm”ə 1:0 hesabı ilə qalib gəlib.
Matçın taleyini 26-cı dəqiqədə vurulan qol həll edib. Portuqaliyalı müdafiəçi Samu Koşta fərqlənib. O, daha əvvəl İspaniyanın “Malyorka” və “Almeriya” klublarında çıxış edib.
Qələbədən sonra “Əl-Nəsr” turnir cədvəlinin lideri “Əl-Qadisiyə” ilə xallarını bərabərləşdirib. Hər iki komandanın hesabında 31 xal var.
İlk üçlükdə yer alan “Əl-Hilal”ın 30 xalı var və komandanın ehtiyatda iki oyunu qalıb.
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldu meydana start heyətində çıxıb və qarşılaşmada 90 dəqiqə oynayıb.