Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”ı qəbul edəcək “Qarabağ” qarşılaşmaya itki ilə çıxacaq. Ağdam klubunun sol cinah müdafiəçisi Elvin Cəfərquliyev görüşdə iştirak etməyəcək.
Komandanın mətbuat xidmətindən verilən məlumata görə, “Qarabağ”ın heyətində cəzalı futbolçu yoxdur. Yüngül məşqlərə başlayan Cəfərquliyev isə “Sumqayıt”la matçı buraxacaq.
“Qarabağ” – “Sumqayıt” oyunu noyabrın 28-də “Azersun Arena”da keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Hazırda 20 xalı olan “Qarabağ” turnir cədvəlinin dördüncü pilləsindədir. 10 xal toplamış “Sumqayıt” isə onuncu yerdə qərarlaşıb.