Misli Premyer Liqasının XII turunda mövsüm ərzində ilk dəfə meydan sahibi olan komandaların heç biri qələbə qazanmayıb. Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.
Turun altı qarşılaşmasında qonaqlar dörd qələbə qazanıb. “İmişli” “Zirə” ilə 2:2, “Kəpəz” isə “Qarabağ”la 0:0 hesablı heç-heçə edib.
“Sumqayıt” “Sabah”a 1:5, “Şəfa” “Qəbələ”yə 0:2, “Şamaxı” “Turan Tovuz”a 0:2, “Araz-Naxçıvan” isə “Neftçi”yə 1:3 hesabı ilə uduzub.
Azərbaycan Premyer Liqasında ev sahibi komandaların bütün turu qələbəsiz başa vurduğu sonuncu hal ötən mövsümün əvvəlində qeydə alınıb. Həmin vaxt II turun altı oyunundan biri heç-heçə bitib, qalan beşində qonaqlar qalib gəlib.