Portuqaliya millisinin mətbuat xidməti Kriştiano Ronaldunun Səudiyyə Ərəbistanı çempionatında “Əl-Əhli” ilə oyunda vurduğu qoldan sonra paylaşım edib. “Əl-Nəsr”in hücumçusu görüşdə hesabı açıb, komandası isə 1:3 hesabı ilə məğlub olub.
41 yaşlı portuqaliyalının qolu peşəkar karyerasında 986-cı olub. Beləliklə, 1000 qol həddinə çatmaq üçün Ronaldunun daha 14 qol vurması lazımdır.
Portuqaliya millisinin paylaşımında “986 geridə qaldı. 14 qol qalıb” sözləri yazılıb.
Qolundan dörd dəqiqə sonra Ronaldu dubl etmək imkanı qazanıb, lakin penalti zərbəsini dirəyə vuraraq fürsətdən yararlana bilməyib.