“Real Madrid”in sabiq məşqçisi Xorxe Valdano “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldunun Portuqaliya millisindən getmək qərarını şərh edib. O bildirib ki, futbolçunun dünya futboluna təsiri o qədər böyükdür ki, heç nə onun nüfuzuna kölgə sala bilməz.
Valdano futbolçuların karyerasının son mərhələsinin o qədər də vacib olmadığını deyib. O, Yohan Kroyffun “Levante”də, ikinci divizionda, Peleyin isə “Kosmos”da karyerasını başa vurduğunu xatırladıb. Valdanonun sözlərinə görə, Dieqo Maradonanın son klubunun hansının olduğu da çoxlarına məlum deyil. Maradonanın son klubları “Nyuells Old Boyz” və “Boka Xuniors” olub.
“Onların heç biri futbol tarixində kim olduqlarını itirməyib. Futbolu son damlasına qədər yaşamaq lazımdır. Bunun karyeranın sonlarında baş verməsi vacib deyil, mənə elə gəlir ki, bu, futbola sevginin daha bir təzahürüdür”, – Valdano “El Pais”ə bildirib.
Kriştiano Ronaldu ötən həftə Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.