İspaniya çempionatının 13-cü turunda “Espanyol” səfərdə “Atletik”i 1:0 hesabı ilə məğlub edib. Bilbao şəhərində keçirilən görüşdə yeganə qolu 66-cı dəqiqədə Roberto Fernandes vurub.
“Espanyol”un 18 yaşlı rusiyalı hücumçusu Makar Kotovşikov ilk dəfə komandanın La Liqa matçının iştirak ərizəsinə daxil edilib. O, Kataloniya klubunun gənclər komandasında çıxış edir.
“Espanyol” 13 oyundan sonra 15 xal toplayıb və turnir cədvəlində 10-cu pilləyə yüksəlib. “Atletik” isə 12 matçda qazandığı 16 xalla yeddinci yerdədir.