Futzal üzrə DÇ-2028-in əsas mərhələsinin XII qrupunda Azərbaycan və Çexiya yığmaları arasında keçiriləcək oyunu italiyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Kiara Peronaya Martina Pikkolo və Simone Zanfino kömək edəcəklər. Matçın “Timekeeper”i İmran Məhərrəmov, hakim-inspektoru niderlandlı Viktor van Helvoirt, UEFA nümayəndəsi isə belaruslu Andrey Medvedev olacaq.
Azərbaycan – Çexiya görüşü noyabrın 5-də, saat 16:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.
Kontekst
Azərbaycan millisi oktyabrın 16-da DÇ-2028-in əsas mərhələsində Çexiya ilə səfərdə qarşılaşıb.