Əsas məzmuna keç

ABŞ ara seçkiləri: Demokratlar Senatda 51 yer qazandı

ABŞ ara seçkiləri: Demokratlar Senatda 51 yer qazandı

Associated Press-in qeyri-rəsmi nəticələrinə əsasən, Demokratlar Senatda 51 yerə çataraq çoxluğu Respublikaçılardan geri alıblar.

en ru

ABŞ-də keçirilən ara seçkilərin qeyri-rəsmi nəticələrinə əsasən, Konqresin yuxarı palatası olan Senatda yerlərin bölgüsü böyük ölçüdə bəlli olub və siyasi balansa ciddi təsir edən dəyişiklik baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, Demokratlar Partiyası Senatda 51 yerə çataraq çoxluğu Respublikaçılardan geri almağı bacarıb.

Demokratlar Şimali Karolina, Cənubi Karolina, Texas, Ohayo, Kanzas və Ayova olmaqla ümumilikdə 6 ştatda Respublikaçıların əlində olan mandatları qazanaraq üstünlüyü təmin ediblər. 100 yerlik Senatda 51 yerlik çoğunluğu ələ keçirən Demokratlar Prezidenti Trampa qarşı qanunvericilik hakimiyyətinə nəzarət baxımından mühüm strateji üstünlük əldə ediblər.

Qeyd edək ki, ABŞ-də keçirilən ara seçkilərdə ştat qubernatorları və yerli vəzifələrlə yanaşı, Nümayəndələr Palatasının 435 yerinin hamısı, Senatın 100 yerindən isə 35-i uğrunda mübarizə aparılır.

ABŞ seçki sisteminə uyğun olaraq, Nümayəndələr Palatasının 435 üzvünün tamamı hər 2 ildən bir keçirilən səsvermədə yenilənir. 6 il müddətinə seçilən 100 nəfərlik Senatın isə hər 2 ildən bir üçdə biri yenidən seçilir. Qanunvericilik orqanında qərarların qəbulu üçün Nümayəndələr Palatasında 218, Senatda isə 51 yer qazanmaq tələb olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…