Əsas məzmuna keç

Donald Tramp özünü İsrail tarixinin ən yaxşı prezidenti adlandırdı

Donald Tramp özünü İsrail tarixinin ən yaxşı prezidenti adlandırdı

ABŞ-nin prezidenti Donald Tramp İsrail üçün etdiklərini yüksək qiymətləndirib və amerikalı yəhudilərin Demokratlar Partiyasına dəstəyini tənqid edib.

en ru

ABŞ-nin Prezidenti İsrail və ABŞ siyasəti ilə bağlı yeni açıqlamalar verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “CNBC” telekanalına müsahibəsində İsrail üçün ən faydalı Amerika lideri kimi qiymətləndirib və “Mən İsrail tarixindəki ən yaxşı olmuşam” ifadəsini işlədib.

Məlumata görə, çıxışı zamanı o, ABŞ-də yaşayan yəhudi icmasının siyasi mövqeyinə də toxunub və onların Demokratlar Partiyasının namizədlərinə səs verməsini başa düşmədiyini bildirib. Trampın bu açıqlamaları seçkiqabağı siyasi ritorikanın tərkib hissəsi kimi dəyərləndirilir.

Bildirilir ki, beynəlxalq müzakirələr fonunda Trampın İsraillə bağlı mövqeyi diqqət mərkəzində qalmaqda davam edir.

Digər tərəfdən, İranın naziri Abbas Əraqçi daha əvvəl verdiyi açıqlamada Trampın ABŞ siyasətində İsraillə bağlı sərt mövqelər nümayiş etdirdiyini iddia edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…