Əsas məzmuna keç

ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyi planlaşdırır

ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyi planlaşdırır

Vaşinqtonun Yaxın Şərqdəki hərbi mövcudluğunu artırması və İrana qarşı genişmiqyaslı əməliyyatlara başlamaq ehtimalı gündəmə gəlib.

en ru

rəhbərliyi yaxın günlərdə İrana qarşı hərbi əməliyyatların miqyasını əhəmiyyətli dərəcədə genişləndirmək variantını nəzərdən keçirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “” portalı administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, regionda ABŞ hərbi qüvvələrinin cəmləşdirilməsi prosesi davam edir. Mənbələrin sözlərinə görə, ABŞ-nin Prezidenti İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası imkanlarını qiymətləndirir. Həm Amerika, həm də İsrail rəsmiləri belə bir addımın yaxın günlərdə atıla biləcəyini istisna etmirlər.

Qeyd olunub ki, daha əvvəl ABŞ-nin İrana qarşı “B-1” strateji bombardmançı təyyarəsindən istifadə etdiyi barədə məlumatlar yayılmışdı. Vaşinqtonun növbəti addımları beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…