Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp İrana zərbələrlə bağlı Konqresə hesabat verdi: “Əlavə addımlara hazırıq”

2 dəq
Paylaş:
Tramp İrana zərbələrlə bağlı Konqresə hesabat verdi: “Əlavə addımlara hazırıq”

ABŞ prezidenti İrana qarşı təşkil edilən hərbi zərbələr barədə Konqresə rəsmi göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" "FOX News" telekanalına istinadən xəbər verir ki, respublikaçı senator Çak Qrassliyə ünvanlanan məktubda əməliyyatın detalları və məqsədləri yer alıb.

qeyd edib ki, onun göstərişi ilə İranın bir çox hədəfinə dəqiq zərbələr endirilib.

Sənəddə vurğulanır ki, əməliyyatlar zamanı ABŞ-nin quru qoşunlarından istifadə olunmayıb və mülki itkilərin minimuma endirilməsi üçün xüsusi planlaşdırma aparılıb.

O, həmçinin zərurət yarandığı təqdirdə İrana qarşı əlavə hərbi addımların atılmasına hazır olduqlarını bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail qüvvələri danışıqların davam etdiyi bir vaxtda İrana qarşı genişmiqyaslı başladıb. Cavab olaraq İran tərəfi İsrail və ABŞ-nin hərbi bazalarının yerləşdiyi Qətər, BƏƏ və Bəhreyn kimi ölkələrdəki hədəfləri atəşə tutub.

Hücumlar nəticəsində İranın ali rəhbəri Ayətullah Əli də daxil olmaqla, bir çox yüksək rütbəli rəsmi şəxs həlak olub. İran Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, bombardmanlar zamanı ümumilikdə 555 nəfər həyatını itirib, 747 nəfər isə yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax