Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Donald Trampdan ABŞ Konqresinə 350 milyard dollarlıq çağırış

2 dəq
Paylaş:
Donald Trampdan ABŞ Konqresinə 350 milyard dollarlıq çağırış

ABŞ Prezidenti ölkənin müdafiə qabiliyyəti və hərbi büdcəsi ilə bağlı açıqlamalar verərək Konqresi təcili addımlar atmağa çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Donald Tramp “Truth Social” platformasındakı paylaşımında ABŞ ordusunun hazırda tarixdə görünməmiş gücə sahib olduğunu iddia edib.

Məlumata görə, Tramp Amerika hərbi qüdrətinin dünyada bənzərsiz olduğunu , “Amerikan ordusu heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Heç bir ölkə bizim nailiyyətlərimizi təkrarlaya bilməz” ifadələrini işlədib.

Siyasətçi bildirib ki, bu il orduya cəlb olunan şəxslərin sayında rekord göstəricilər əldə olunub və hərbçilər arasında yüksək əhval-ruhiyyə müşahidə edilir.

Tramp Konqresdən 350 milyard dollarlıq müdafiə büdcəsini nəzərdə tutan qanun layihəsinin prioritet məsələ kimi müzakirəyə çıxarılmasını tələb edib. O, Nümayəndələr Palatası və Senat rəhbərliyini sənədin Büdcə Komitəsindən sürətlə keçirilməsinə çağırıb.

ABŞ Prezidenti, həmçinin ilə yanaşı “” adlı qanunvericilik təşəbbüsünün də qəbul edilməsinin vacib olduğunu qeyd edib.

Trampın sözlərinə görə, bu addımlar ABŞ-nin gələcək nəsillər üçün təhlükəsizliyinin və azadlığının təmin olunmasında mühüm rol oynayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax