Əsas məzmuna keç

Tramp: "İsraili İrana hücum etməyə mən məcbur etmiş ola bilərəm"

Tramp: "İsraili İrana hücum etməyə mən məcbur etmiş ola bilərəm"

ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mers ilə görüşündə İranın hərbi potensialının məhv edildiyini və Tehranda rejim dəyişikliyinin zəruriliyini bəyan edib.

en ru

Prezidenti Ağ Evdə Almaniya Kansleri Fridrix Mers ilə bir araya gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdən sonra mətbuata açıqlama verən , Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda sensasion fikirlər səsləndirib.

O, İsrailin İrana qarşı hərbi addımlarında həlledici rol oynadığını eyham vuraraq, "İsraili bu mövzu ilə bağlı mən məcbur ola bilərəm" deyib.

Trampın sözlərinə görə, İranın ilk hücumu həyata keçirəcəyinə dair əminlik olduğu üçün qabaqlayıcı tədbirlər görülüb.

O, hazırda İranın hava hücumundan müdafiə sistemlərinin və aşkarlama obyektlərinin tamamilə sıradan çıxarıldığını iddia edib.

ABŞ lideri qeyd edib ki, İranın hərbi gücü tamamilə bitirilməli və ölkədə daha yaxşı bir rəhbərlik formalaşmalıdır.

İranın daxili vəziyyəti və gələcək liderlik məsələlərinə də toxunub:

“İranda liderlik üçün nəzərdə tutulan bir çox şəxs artıq həyatda deyil. Biz sadəcə irəliləməyə davam edəcəyik və İranda daha uyğun birinin hakimiyyətə gəlməsini istəyirik. Ən pis ssenari odur ki, hakimiyyət dəyişikliyindən sonra gələn şəxs əvvəlki qədər pis olsun”.

Beynəlxalq münasibətlər barədə danışan Tramp, Almaniyanın İran məsələsindəki fəaliyyətini yüksək qiymətləndirib. Lakin o, İspaniya ilə bütün ticarət əlaqələrinin kəsiləcəyini və Böyük Britaniyanın mövqeyindən narazı olduğunu bildirib. H

adisələrin çox sürətlə inkişaf etdiyini deyən ABŞ lideri, səfirliklərin təxliyəsi üçün hələlik xüsusi bir planın olmadığını vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…