Aaron Danks baş məşqçi Vensan Kompaninin səhhətinin yaxşılaşdığını bildirib. “Bavariya”nın məşqçisi deyib ki, Kompani məşq zamanı huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib.
Danksın sözlərinə görə, o, ötən gün Kompanini qısa müddətə ziyarət edib. Məşqçi onun yaxşı əhvalda olduğunu və vəziyyətinin hər gün yaxşılaşdığını bildirib. Danks bunu müsbət əlamət kimi dəyərləndirib.
Hazırda nə diaqnoz, nə də Kompaninin işə qayıdacağı vaxtla bağlı ciddi yenilik var. Danks qeyd edib ki, Kompani sakitliyini qoruyur, dincəlir və bərpa prosesi ilə bağlı tələsmir.
Danksla Kompani söhbət zamanı konkret futbol məsələlərini və taktikanı müzakirə etməyiblər. Kompani işlərin necə getdiyini və futbolçuların vəziyyətini soruşub. Danksın sözlərini “Bayern & Germany” X sosial şəbəkəsində yayıb.