“Bavariya”nın baş məşqçisi Vensan Kompani Manuel Noyerin Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Vikinq”ə qarşı keçiriləcək oyunda iştirakı ilə bağlı şübhələrini bölüşüb. Qarşılaşma oktyabrın 13-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Kompani bildirib ki, Noyer “Auqsburq”la matçdan sonra özünü narahat hiss edib. Qapıçı dünən və bu gün məşq etməyib. Məşqçinin sözlərinə görə, onun oyuna hazır olub-olmayacağı hələ bəlli deyil, ancaq start heyətində meydana çıxmaq ehtimalı çox aşağıdır.
“Bavariya”nın çalışdırıcısı qapıçının vəziyyətində yaxşılaşma olmadığını, lakin bunu zədə adlandırmaq istəmədiyini deyib. Kompani Noyer tam hazır olmadığı halda onun sağlamlığını riskə atmayacaqlarını vurğulayıb. Qərar oyunöncəsi vəziyyətə uyğun veriləcək.
Xatırladaq ki, Noyer Bundesliqada “Auqsburq”la 2:2 hesablı oyunun ilk saniyələrində səhvə yol verib. Həmin epizod Almaniya çempionatı tarixinin ən erkən qoluna səbəb olub.