“Vikinq”in kapitanı Zlatko Tripiç UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda “Bavariya” ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb. Norveç təmsilçisi öz meydanında 2:0 hesabı ilə önə keçsə də, qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Stavanger klubunun heyətində Stensnes 2-ci, Kristiansen isə 38-ci dəqiqədə fərqlənib. Harri Keyn 54 və 60-cı dəqiqələrdə vurduğu qollarla tarazlığı bərpa edib. Luis Dias 71-ci dəqiqədə “Bavariya”nı önə çıxarıb, Haugen isə 90-cı dəqiqədə yekun hesabı müəyyənləşdirib. Münhen klubunun futbolçusu Maykl Olise 74-cü dəqiqədə qırmızı vərəqə alıb.
Tripiç UEFA-nın rəsmi saytına açıqlamasında komandasının dünyanın ən güclü klublarından biri ilə qarşılaşdığını və yaxşı oyun göstərdiyini deyib. Kapitan komandasının bacarığını ortaya qoyduğunu, dəyərli Avropa təcrübəsi qazandığını və nəticədən xoşbəxt olduğunu vurğulayıb.
“Daha 90 dəqiqə oynaya bilərdim. Komandamızla qürur duyuram. Mən bunu 34 il gözləmişəm”, – deyə Tripiç bildirib.
Üçüncü turda “Vikinq” oktyabrın 21-də səfərdə “Aston Villa” ilə, “Bavariya” isə həmin gün evdə Londonun “Arsenal” klubu ilə qarşılaşacaq.