1980-ci ildə Formula-1 üzrə dünya çempionu olmuş avstraliyalı pilot Alan Cons 80 yaşında vəfat edib. Onun həyat yoldaşı Consun noyabrın 5-də qısa sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini açıqlayıb.
Ailəsinin bəyanatında pilotun yaxınlarının və çoxsaylı azarkeşlərinin onu böyük kədərlə xatırlayacağı bildirilib. Ailə Consun avtoidmana həsr etdiyi həyatının və idmandakı irsinin yaddaşlarda yaşayacağını qeyd edib, onunla uzun illər dostluq, sevgi və dəstək münasibətində olanlara təşəkkürünü çatdırıb.
Cons Formula-1-də 10 mövsüm keçirib. O, dünya çempionu titulunu “Uilyams” komandasının heyətində qazanıb. Pilot Qran-prilərdə 12 qələbə əldə edib, 24 dəfə isə mükafatçılar sırasında yer alıb.
Cons 1986-cı ildə karyerasını başa vurub. O, Formula-1 üzrə dünya çempionu olmuş sonuncu avstraliyalı pilot olaraq qalır.