Operativ Məlumat Mərkəzi

Səbinə Əliyeva: Əməkdaşlarımız cəzaçəkmə müəssisələrində monitorinq və müşahidələr aparırlar

1 dəq
Paylaş:
Səbinə Əliyeva: Əməkdaşlarımız cəzaçəkmə müəssisələrində monitorinq və müşahidələr aparırlar
{"az":"bu sözləri jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib. O bildirib ki, Ombudsman aparatının əməkdaşları müstəqil şəkildə öz təşəbbüsləri...","en":"","ru":""}

Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, Ombudsman aparatının əməkdaşları müstəqil şəkildə öz təşəbbüsləri ilə Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edirlər:

"Əməkdaşlarımız həm Bakı şəhərində həm regionlarda, həmçinin azad olunan ərazilərdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar. Hazırda biz cəzaçəkmə müəssisəsində məhkumların seçki hüququnun təmin olunmasını müşahidə edirik. Müşahidənin nəticələri haqqında ictimaiyyətə geniş məlumat veriləcək".

Qeyd edək ki, məhkum və həbs edilmiş şəxslər Pentensiar müəssisələridə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər