Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə edib

Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə edib
17.04.2024 16:59
Aa
dəq

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə mina problemini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilmiş faktaraşdırıcı missiyalardan bəhs edən Müvəkkil Ermənistanın işğalçılıq siyasəti nəticəsində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının pozulduğunu, işğal nəticəsində yaranmış mina probleminin aradan qaldırılmasında beynəlxalq təşkilatların yaxından iştirakının zəruriliyini, bununla bağlı xüsusi Ad hoc hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarına ünvanlandığını qeyd edib.

Görüş zamanı cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, COP29 zamanı milli insan hüquqları institutlarının fəal iştirakının vacibliyi vurğulanıb.

Həftənin ən çox oxunanları

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
DAVAMIN OXU davamın oxu

Elvin Balacanov: “Kiberbullinqlə bağlı hüquqi cəhətdən qanunvericilikdə anlayış yoxdur”

Elvin Balacanov: “Kiberbullinqlə bağlı hüquqi cəhətdən qanunvericilikdə anlayış yoxdur”
DAVAMIN OXU davamın oxu

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb
DAVAMIN OXU davamın oxu

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb
DAVAMIN OXU davamın oxu

Əfv Məsələləri Komissiyasının iclası təxirə salınıb - YENİLƏNİB

Əfv Məsələləri Komissiyasının iclası təxirə salınıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu