Əsas məzmuna keç

"İnsan Hüquqları Aylığı" elan edildi

"İnsan Hüquqları Aylığı" elan edildi

Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə 18 iyun Milli İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərə start verildi. Görüləcək işlərin təfərrüatı ilə tanış olun.

en ru

Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İnsan Hüquqları üzrə () Səbinə müraciət ünvanlayıb.

O qeyd edib ki, aylıq 18 may-18 iyun tarixlərini əhatə edəcək.

Ombudsman xatırladıb ki, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilir:

"Aylığın başlıca məqsədi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrin, Dayanıqlı İnkişaf Məqsədlərinin, qüvvədə olan qanunvericilik aktlarının, o cümlədən dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər strateji sənədlərin icrasının səmərəliliyinin artırılmasıdır.

Eyni zamanda, ayrı-seçkilik, erkən evlilik, zorakılıq, narkomaniya və korrupsiya kimi neqativ hallara qarşı mübarizəni gücləndirmək, cəmiyyətdə hüquqi düşüncə və hüquq mədəniyyətini inkişaf etdirmək, insan hüquqlarının təmin edilməsi sahəsində əldə olunmuş nailiyyətlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ictimaiyyətin məlumatlılıq səviyyəsini yüksəltmək də əsas hədəflərdəndir".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…