Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ombudsman energetik içki cərimələrinin artırılmasını təklif etdi

2 dəq
Paylaş:
Ombudsman energetik içki cərimələrinin artırılmasını təklif etdi

içkilərin yaşına çatmayanlara satışı ilə bağlı təkliflər irəli sürüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı məlumatda qeyd olunub. Son illər Azərbaycanda istehlakçılar tərəfindən energetik içkilərin daha çox istifadə olunması müşahidə olunmaqdadır.

"İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində ictimai yerlərdə, eləcə də təhsil müəssisələrinin ətrafında aparılmış monitorinqlər nəticəsində energetik içkilərdən yetkinlik yaşına şəxslərin istifadəsinin sistemli xarakter aldığı, bu içkilərin satışı prosesində yaş məhdudiyyətinə nəzarətin kifayət qədər olmadığı, xüsusilə aparatları, avtomatlaşdırılmış satış terminalları və pərakəndə satış obyektlərində yaşa nəzarət mexanizmlərinin faktiki olaraq tətbiq olunmadığı müşahidə olunub", - məlumatda deyilir.

Ombudsman energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satılmasına görə nəzərdə tutulan inzibati cərimələrin məbləğinin artırılması, vendinq aparatlarında energetik içkilərinin satışına yaş identifikasiyası mexanizmlərinin tətbiqi və ya bu məhsulların həmin aparatlarda satışının məhdudlaşdırılması, həmin içkilərin reklamına dair məhdudiyyətlərin gücləndirilməsi və sağlamlıq risklərinə dair xəbərdarlıqların məcburi norma kimi təsbit edilməsi, bu sahədə məlumatlılığın artırılması və digər zəruri tədbirlərin görülməsini təklif edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax