Argentina millisinin sabiq hücumçusu Lionel Messi 2028-ci il Amerika Kubokunda komandanın gənc futbolçularına mentorluq edə bilər. Bu barədə Motivaciones Fútbol portalı X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, plan Messinin meydana çıxmadan təcrübəsini və liderlik keyfiyyətlərini gənc oyunçulara ötürməsidir. Bu rolun 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin sabiq hücumçusu Serxio Aquero komandanı tribunadan dəstəkləyərkən üzərinə götürdüyü missiyaya bənzəyəcəyi bildirilir.
39 yaşlı Messi oktyabrın 7-də milli komandada vida oyununu keçirib. Argentina Benini 3:0 hesabı ilə məğlub edib. Messi bir qol vurub və iki məhsuldar ötürmə verib.
Messi Argentina millisində debütünü 2005-ci il avqustun 17-də Macarıstanla yoldaşlıq görüşündə edib. O, yığmanın heyətində 2022-ci ildə dünya çempionu olub, həmin il Finalissimada qalib gəlib, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb.