“Roma” və “Milan”ın keçmiş hücumçusu Antonio Kassano “İnter Mayami”nin forvardı Lionel Messinin oyununu yüksək qiymətləndirib. Onun sözlərini AS yayıb.
Kassanonun fikrincə, Messi futbolu başqa səviyyədə oynayır və tarixdə ona bənzər futbolçu olmayıb. O, argentinalı ulduzun 40 yaşına yaxınlaşsa da, heyranlıq doğuran fenomen olaraq qaldığını və ona tay olmadığını deyib.
Keçmiş futbolçu Ləmin Yamal, Rafinya və “Real Madrid”in futbolçusu Rodriqonu da bəyəndiyi oyunçular sırasında çəkib. Bununla belə, Kassano Messinin onlardan və gələcəkdə onların yerini tuta biləcək futbolçulardan xeyli üstün olduğunu bildirib. O, Messi kimi futbolçunun bir daha olmayacağını söyləyib.
Mənbənin məlumatına görə, Messinin hesabında 208 görüşdə 126 qol və 70 məhsuldar ötürmə var. Argentina millisinin heyətində o, 2022-ci il dünya çempionatını, 2021 və 2024-cü illərdə Amerika Kubokunu, həmçinin 2022-ci ildə Finalissimаnı qazanıb.