“İnter Mayami”nin baş məşqçisi Kristian Alberto “Kili” Qonsales Lionel Messinin Argentina millisindəki karyerasını başa vurmasına münasibət bildirib. O, hücumçunun vida görüşünün emosional keçdiyini deyib.
“Ona bu anın dadını çıxarmağı, təkcə Argentinadan deyil, bütün dünyadan gələn sevgini hiss etməyi söylədim. Bu forma ilə onu, şübhəsiz ki, darıxacağıq. Amma indi o buradadır və bizimlə olmasını qiymətləndirməliyik. O, millət üçün darıxacaq, orada verdiyi töhfəni və qoyduğu irsi xatırlayacaq. Təəssüf ki, onu bir daha bu formada görməyəcəyik. İndi o bizimdir”, – deyə Qonsalesin sözlərini Goal.com yayıb.
Oktyabrın 6-dan 7-nə keçən gecə 39 yaşlı Messi Argentina millisində vida oyununu keçirib. Argentina Benin yığmasına 3:0 hesabı ilə qalib gəlib.
Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Bundan əvvəl o, PSJ və “Barselona”nın formasını geyinib.