Əsas məzmuna keç

Benin millisi Mərkəzi Afrika Respublikasını 1:0 hesabı ilə məğlub etdi

Benin millisi Mərkəzi Afrika Respublikasını 1:0 hesabı ilə məğlub etdi
— Foto: idman.biz

Afrika Millətlər Kubokunun seçmə mərhələsində Benin millisi qələbə qolunu 90+3-cü dəqiqədə vurub. “Neftçi”nin yarımmüdafiəçisi Sessi D’Almeyda görüşü kapitan kimi başlayıb və sona qədər meydanda qalıb.

en ru

“”nin yarımmüdafiəçisi Sessi D’Almeydanın çıxış etdiyi Afrika Millətlər Kubokunun seçmə mərhələsində Mərkəzi Afrika Respublikasına qalib gəlib. F qrupunun dördüncü turunun qarşılaşması Kamerunun Duala şəhərində keçirilib və 1:0 hesabı ilə başa çatıb.

D’Almeyda oyuna kapitan sarğısı ilə start heyətində başlayıb və əvəzlənmədən sonadək meydanda qalıb. Beninə üç xal qazandıran qolu Ede Oloko vurub. Hücumçu 89-cu dəqiqədə meydana daxil olub, 90+3-cü dəqiqədə isə fərqlənərək görüşün taleyini həll edib.

Qələbədən sonra dörd oyunda 10 xal toplayan Benin F qrupunda liderliyini qoruyub. Benin bir oyun az keçirən Burkina-Fasonu üç xal qabaqlayır.

Xalı olmayan Mərkəzi Afrika Respublikası isə bu nəticədən sonra Afrika Millətlər Kubokunun final mərhələsinə yüksəlmək şansını itirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…