Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib

Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib
12.09.2023 13:30
Aa
dəq

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Baş Assambleyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında Assosiasiyanın vitse-prezidenti seçilib.

Ombudsman Aparatından "Operativ Məlumat Mərkəzi-OMM"ə bildirilib ki, iclasda çıxışı zamanı S.Əliyeva AOA-nın vitse-prezidenti vəzifəsinə seçilməsində göstərdikləri etimada görə Assosiasiyanın üzvlərinə öz təşəkkürünü bildirib.

S.Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ombudsman təsisatlarının mühüm rolunu vurğulayıb. O, AOA-nın Asiya qitəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin edilməsi sahəsində mühüm addımlar atdığını, həmçinin insan hüquqlarının qorunması və təşviqində mühüm rol oynayan ortaq dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərən ombudsman təsisatlarını birləşdirdiyini vurğulayıb.

Azərbaycan Ombudsmanının çıxışı zamanı toxunduğu əsas mövzulardan biri AOA tərəfindən ombudsman təsisatları arasında yaradılmış səmərəli dialoq və şəbəkələşmə platforması olub. Ombudsman bu Assosiasiyanın insan hüquqlarının müdafiəsi istiqamətində yeni əməkdaşlıq imkanları yaratdığını bildirib.

S.Əliyeva çıxışının sonunda Assosiasiya üzvlərini insan hüquqlarının müdafiəsi sahəsində əldə etdikləri qabaqcıl təcrübələri bölüşməyə, həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsində bir-birinə dəstək verməyə dəvət edib.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu