Əsas məzmuna keç

Ombudsman Səbinə Əliyeva Bəxtiyar Hacıyevi qəbul edib

Ombudsman Səbinə Əliyeva Bəxtiyar Hacıyevi qəbul edib

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Hacıyevi qəbul edib, ilə maraqlanıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bəxtiyar Hacıyevi fərdi qaydada qəbul edib, səhhəti ilə maraqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"yə Ombudsman Aparatından məlumat veirlib.

Bildirilib ki, Ombudsmanın Milli Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilib.

“Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Respublikasının Konstitusiya Qanununun və BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolunun tələbləri əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında keçirilmiş başçəkmələrdə də məqsəd saxlanma şəraiti və rəftar məsələlərinin araşdırılması olub.

Ombudsman S.Əliyeva və Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən keçirilmiş başçəkmələr zamanı yemək qəbulundan imtina etməsi ilə bağlı məlumatlar yayılmış Bəxtiyar Hacıyev də fərdi qaydada qəbul edilib. Fərdi qəbul zamanı onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi yerində araşdırılıb, müraciəti dinlənilib.

Başçəkmələr çərçivəsində keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər.

Qeyd edilib ki, B.Hacıyevin hüquqları ilə bağlı ailə üzvləri və hüquq müdafiəçiləri tərəfindən Ombudsmanın ünvanına daxil olmuş müraciətlər də dərhal araşdırılmaqla təmin olunub.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…