Anar Quliyev: "Bakıda tramvay bəzi küçələrdə alternativ nəqliyyat növü kimi istifadəyə verilə bilər"

Anar Quliyev: "Bakıda tramvay bəzi küçələrdə alternativ nəqliyyat növü kimi istifadəyə verilə bilər"
16.01.2024 11:19
Aa
dəq

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvay bəzi küçələrdə alternativ nəqliyyat növü kimi istifadəyə verilə bilər. Bununla bağlı təkliflər var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

"Baş planda ictimai nəqliyyata çox böyük önəm verilib. Bu istiqamatdə ciddi araşdırma aparılıb. İlk növbədə metronun inkişafı davam etdiriləcək, 2040-cı ilə qədər metro stansiyalarının sayının 46 -ya çatdırılması planlaşdırılır. Əlavə 20 stansiya tikilməlidir. Bu da çox böyük irəliləyişdir. Yerüstü nəqliyyat bu gün avtobusdur. Avtobusların hərəkəti asanlaşdırılır. Avtobus zolaqları yaradılır, tədricən bu, bütün şəhəri əhatə edəcək. Küçələr təyin edilib. Tramvay isə avtobusa alternativ yeni bir nəqliyyat növü olmalıdır. Nəqliyyat siyasətinə cavabdeh qurumlar qərarını verəcək. Baş plan bu infrastrukturun qurulmasını nəzərdə tutur", - deyə o qeyd edib.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu