Tərcümeyi-hal
Əli Nağı oğlu Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb, bir müddət Abşeron rayonunun Xırdalan şəhərindəki məktəbdə müəllim işləyib. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib.
1986-cı ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin təkmilləşdirmə kurslarını bitirib. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin və Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında xidmət edib. 2005-ci il martın 16-da milli təhlükəsizlik nazirinin müavini təyin edilib. 2011–2019-cu illərdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
2019-cu il iyunun 20-də Azərbaycan Respublikası Prezidentinin 1274 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. 2006-cı il martın 27-də general-mayor, 2019-cu il iyunun 27-də general-leytenant hərbi rütbəsi verilib.
Xəbərlərdə
-
Əli Nağıyev və Orxan Sultanov BİR ARADA - FOTOLAR 27 sentyabr 2026
-
Əli Nağıyev: Beynəlxalq təhlükəsizlik mexanizmləri səmərəsizdir 24 sentyabr 2026
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR 18 sentyabr 2026
-
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib 16 sentyabr 2026
-
Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - FOTOLAR 14 noyabr 2025
-
Əli Nağıyev Gürcüstanda rəsmi səfərdə olub 25 oktyabr 2025
-
Əli Nağıyev onunla görüşdü - FOTO 10 mart 2025
-
Əli Nağıyev ATƏT-ə çağırış edib 14 noyabr 2023