Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəisi general-polkovnik Orxan Sultanov 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı şəhərindəki Zəfər parkını ziyarət ediblər.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə xidmətdən məlumat verilib.
Bildirilib ki, xidmət rəisləri memorial kompleksin girişindəki abidənin önünə gül dəstələri düzərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar.
