Orxan Sedyar oğlu Sultanov
Xidmət rəisi
Xarici Kəşfiyyat Xidməti
Tərcümeyi-hal
Orxan Sedyar oğlu Sultanov 1977-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində çalışıb. 2007–2011-ci illərdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyində humanitar məsələlər üzrə birinci katib vəzifəsində işləyib. Sonra Milli Təhlükəsizlik Nazirliyinin Xarici Kəşfiyyat İdarəsində fəaliyyət göstərib.
2015-ci il dekabrın 14-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib. 2016-cı il martın 17-də general-mayor, 2019-cu il martın 27-də general-leytenant, 2020-ci il dekabrın 7-də general-polkovnik hərbi rütbəsi verilib.
2018-ci il martın 26-da “Vətənə xidmətə görə” ordeninin 2-ci dərəcəsi, sonra isə “Zəfər” ordeni ilə təltif edilib.
Xəbərlərdə
-
Əli Nağıyev və Orxan Sultanov BİR ARADA - FOTOLAR 27 sentyabr 2026
-
Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - FOTOLAR 14 noyabr 2025
-
Orxan Sultanov Yaşar Gülərlə görüşüb 18 iyun 2025