Əsas məzmuna keç
Zaur Rauf oğlu Mikayılov

Zaur Rauf oğlu Mikayılov

Agentlik sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Mənbə: adsea.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Zaur Rauf oğlu Mikayılov 1974-cü ildə Şamaxı şəhərində anadan olub. 1999-cu ildə Türkiyənin Boğaziçi Universitetinin işletmə (biznesin idarə edilməsi) fakültəsini bitirib.

1999–2009-cu illərdə telekommunikasiya sahəsində, mobil operatorlarda marketinq meneceri, baş kommersiya direktoru və baş direktor müavini vəzifələrində çalışıb. 2009–2016-cı illərdə "PAŞA Construction" şirkətində obyektlərin istismarı üzrə baş menecer, biznes mərkəzi üzrə baş menecer və daşınmaz əmlakın idarə edilməsi departamentində baş menecer olub. 2016–2018-ci illərdə "Agro Dairy" MMC-də baş menecer, 2018–2021-ci illərdə "Azərbaycan Supermarketləri" MMC-də icraçı direktor işləyib.

2021–2023-cü illərdə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri olub. 2023-cü il martın 30-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Xəbərlərdə