Əsas məzmuna keç
Orxan Faiq oğlu Nəzərli

Orxan Faiq oğlu Nəzərli

Dövlət Vergi Xidmətinin rəisi

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Mənbə: taxes.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Orxan Faiq oğlu Nəzərli 5 dekabr 1984-cü ildə Ağdam şəhərində doğulub.

Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb, 2005–2015-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələr tutub. 2015–2016-cı illərdə təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016–2017-ci illərdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini işləyib.

2018-ci ildə vergilər nazirinin müşaviri təyin olunub, 2019-cu ildən həmçinin Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib. Prezidentin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini təyin edilib və Xidmətə rəis təyin olunanadək rəis vəzifəsinin icrası ona həvalə olunub.

Prezidentin 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib. 2-ci dərəcəli dövlət vergi xidməti müşaviridir. Ailəlidir, üç övladı var.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2005 — Azərbaycan Dövlət İqtisad Universiteti, "Beynəlxalq iqtisadi münasibətlər" fakültəsi
  • 2014 — ABŞ-ın Alyaska ştatı, "Certified Public Accountant" (CPA) lisenziyası