Əsas məzmuna keç
İlkin Etibar oğlu Vəliyev

İlkin Etibar oğlu Vəliyev

Dövlət Vergi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Mənbə: taxes.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

İlkin Etibar oğlu Vəliyev 28 may 1980-ci ildə Gəncə şəhərində doğulub. 2001–2002-ci illərdə Azərbaycan Ordusunda hərbi xidmət keçib.

2002–2004-cü illərdə Vergilər Nazirliyinin Vergi ödəyicilərinin auditi Baş İdarəsində dövlət vergi müfəttişi, 2004–2009-cu illərdə Beynəlxalq münasibətlər idarəsində baş dövlət vergi müfəttişi, 2009–2010-cu illərdə həmin idarənin rəis müavini olub. 2010–2011-ci illərdə Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş İdarəsinin rəis müavini, 2011–2013-cü illərdə Vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin rəisi işləyib.

2013–2016-cı illərdə Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi olub, 2015-ci ildə Bakı şəhəri Vergilər Departamentinin rəis müavini, 2016-cı ilin fevral–mart aylarında Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi vəzifələrində çalışıb. Prezidentin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib.

Prezidentin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini təyin olunub. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. 9 fevral 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Ailəlidir, iki övladı var.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2001 — Azərbaycan Qərb Universiteti, "İqtisadiyyatın hüquqi tənzimlənməsi" fakültəsi