Emil Maqsud oğlu Qarayev
Dövlət Vergi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Tərcümeyi-hal
Emil Maqsud oğlu Qarayev 4 avqust 1984-cü ildə Bakı şəhərində doğulub. 2005–2006-cı illərdə Azərbaycan Ordusunda hərbi xidmət keçib.
2006–2009-cu illərdə "Deloitte Touche" MMC-də vergi üzrə məsləhətçi, 2009–2011-ci illərdə baş məsləhətçi, 2011–2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016–2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor işləyib.
2019-cu ilin may–iyul aylarında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, iyul–avqust aylarında baş direktorun birinci müavini, 2019–2020-ci illərdə Milli Gəlirlər Baş İdarəsi rəisinin birinci müavini olub. 2020–2021-ci illərdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi rəisinin birinci müavini, 2021–2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi, 2022–2024-cü illərdə Xidmətin aparat rəhbəri vəzifələrində çalışıb.
Prezidentin 14 iyun 2024-cü il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. Ailəlidir, iki övladı var.
Təhsil
- 2005 — Bakı Dövlət Universiteti, "Hüquqşünaslıq", bakalavr
- 2009 — Bakı Dövlət Universiteti, "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası", magistr
Xəbərlərdə
-
Emil Qarayev təltif edildi 21 fevral 2025