Tərcümeyi-hal
Məleykə Mehdi qızı Abbaszadə (Mustafayeva) 1953-cü ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub.
1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant təyin olunub. 1975–1977-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor, 1977–1987-ci illərdə Kibernetika İnstitutunda elmi işçi olub. 1987–1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunda aparıcı elmi işçi işləyib. 1990-cı ildən 1994-cü ilin avqustunadək Azərbaycan “İstedad” assosiasiyası sədrinin birinci müavini olub.
1994–2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000–2016-cı illərdə Komissiyanın sədri olub. 12 aprel 2016-cı ildə Prezidentin sərəncamı ilə yeni yaradılan Dövlət İmtahan Mərkəzinin sədri, 23 iyul 2024-cü ildə isə Mərkəzin İdarə Heyətinin sədri təyin edilib.
2008-ci ildə Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) İcraiyyə Komitəsinin üzvü seçilib. 60-a yaxın elmi məqalənin və ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir. 2013-cü ildə “Şöhrət”, 2023-cü ildə “Şərəf” ordeni ilə təltif olunub. İki övladı, beş nəvəsi var.
Təhsil
- 1970–1975 — M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, hesablama riyaziyyatı və kibernetika fakültəsi
- 1988 — Ukrayna EA V.M.Qluşkov adına Kibernetika İnstitutu (Kiyev), namizədlik dissertasiyası, texnika elmləri namizədi
Xəbərlərdə
-
Məleykə Abbaszadə imtahanlar ilə bağlı VACİB XƏBƏRİ AÇIQLADI 31 oktyabr 2024