Əsas məzmuna keç
Vüqar Şəfa oğlu Behbudov

Vüqar Şəfa oğlu Behbudov

İdarə Heyətinin sədri

Sosial Xidmətlər Agentliyi

Mənbə: sosial.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Vüqar Behbudov 1979-cu ildə Sumqayıt şəhərində anadan olub.

2002-ci ildən Vergilər Nazirliyində, 2008-ci ildən Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatında Sosial xidmətlər sektorunun müdiri, 2016-cı ildən Dövlət Sosial Müdafiə Fondunun Aparatında Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri vəzifələrində çalışıb.

1 iyul 2020-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2000 — Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi, bakalavr
  • 2005 — Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə və kredit fakültəsi, bakalavr
  • 2007 — Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə və kredit fakültəsi, magistr (fərqlənmə diplomu)

Xəbərlərdə