Əsas məzmuna keç
İlqar Şakir oğlu Bayramlı

İlqar Şakir oğlu Bayramlı

Direktor

Peşə Təhsili üzrə Dövlət Agentliyi

Mənbə: vet.edu.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

İlqar Bayramlı 28 mart 1975-ci ildə Bakı şəhərində anadan olub.

Əmək fəaliyyətinə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, sonra baş müəllim olub. “Neftçi” PFK MMC-də Maliyyə şöbəsinin rəisi, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və direktor, “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri, Ağsu rayonundakı “AZGRANATA” MMC-də Maliyyə departamentinin rəhbəri və İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb.

2022–2025-ci illərdə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, sonra şöbə müdiri olub. 2025-ci ilin sentyabr–dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib. 2025-ci ilin dekabrında elm və təhsil nazirinin əmri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1992–1997 — Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq iqtisadi münasibətlər fakültəsi (fərqlənmə diplomu)
  • 1997–2001 — AMEA Kibernetika İnstitutu, iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura