Tərcümeyi-hal
Simnar Mamedov 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində akademik məsləhətçi, 2015–2018-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tədris işləri üzrə dekan müavini, 2018–2021-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində Keyfiyyət təminatı sektorunun rəhbəri və Tədris-metodiki şöbənin müdiri işləyib. Bu dövrdə “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində London, Vilnüs, Stokholm və Alikantedə daxili keyfiyyət təminatı sistemləri üzrə təlimlərdə, universitetin ISO 9001:2015 keyfiyyət idarəetmə sistemi üzrə auditi və sertifikatlaşdırılması prosesində iştirak edib.
2021-ci ilin noyabrından Təhsildə Keyfiyyət Təminatı Agentliyində əvvəlcə Akkreditasiya və Lisenziya şöbəsində baş məsləhətçi, sonra Təlim və metodologiya şöbəsinin müdiri işləyib. Keyfiyyət təminatı üzrə təlim və metodoloji sənədlərin hazırlanmasına rəhbərlik edib, AzMKÇ-nin 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi, peşə təhsili müəssisələri üçün akkreditasiya meyarlarının hazırlanması və pilot tətbiqi üzrə işlərdə iştirak edib.
Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavinidir. İngilis və rus dillərini bilir.
Təhsil
- 2007 — Bakı Dövlət Universiteti, “Turizm və sosial-mədəni servis xidməti”, bakalavr (fərqlənmə diplomu)
- 2010 — Bakı Dövlət Universiteti, həmin ixtisas üzrə magistr (fərqlənmə diplomu)
- 2018-dən — Prezident yanında Dövlət İdarəçilik Akademiyası, “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə dissertantura; siyasi elmlər üzrə fəlsəfə doktoru
- 2019 (iyul) — Lyublyana Universitetinin İqtisadiyyat və Biznes Məktəbi (Sloveniya), “Tədqiqat metodları üzrə yay məktəbi”