Əsas məzmuna keç
Kənan Mirzəyev

Kənan Mirzəyev

Direktor müavini

Peşə Təhsili üzrə Dövlət Agentliyi

Mənbə: vet.edu.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Kənan Mirzəyev əmək fəaliyyətinə 2003-cü ildə BMT-nin İnkişaf Proqramında layihə köməkçisi kimi başlayıb. 2007–2018-ci illərdə “Gilan Holdinq” MMC və “Azersun Holdinq” MMC-yə məxsus şirkətlərdə, 2019–2023-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də maliyyə və mühasibatlıq sahəsində rəhbər vəzifələrdə çalışıb. Maliyyə nəzarəti mexanizmlərinin və təchizat sistemlərinin elektronlaşdırılması üzrə təcrübəsi var.

Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavinidir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2001 — Azərbaycan Dövlət İqtisad Universiteti, “Beynəlxalq ticarət”, bakalavr
  • 2011 — Oklahoma Dövlət Universiteti (ABŞ), “Beynəlxalq əlaqələr”, magistr
  • 2019 — Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Diplom (ACCA DipIFR)
  • 2022 — Peşəkar Mühasib Sertifikatı (PMS)