Əsas məzmuna keç
İlqar Əli oğlu Musayev

İlqar Əli oğlu Musayev

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

Mənbə: scis.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

İlqar Əli oğlu Musayev 1975-ci il sentyabrın 15-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1994-cü ildə başlayıb. 1994–2015-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin müvafiq qurumunda xüsusi dövlət rabitəsi sahəsi üzrə vəzifələrdə xidmət edib, 2015-ci ildən Prezidentin Sərəncamına əsasən xidmətini Dövlət Təhlükəsizliyi Xidmətində davam etdirib.

Prezidentin 2017-ci il 27 mart tarixli Sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib, 2017-ci il 11 may tarixli Sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini təyin edilib. 2020-ci il 4 dekabr tarixli Sərəncamla ona general-leytenant ali hərbi rütbəsi verilib.

Prezidentin 2022-ci il 15 iyul tarixli Sərəncamı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilib. 2008-ci ildə “Hərbi xidmətlərə görə” medalı, 2019-cu ildə 3-cü dərəcəli, 2022-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası