Tərcümeyi-hal
Zaur İntiqam oğlu Fətizadə 1971-ci ildə Bakı şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1987-ci ildə fəhlə kimi başlayıb, 1988-ci ildə “Xətti istismar İdarəsi”ndə iqtisadçı işləyib. 1993–1994-cü illərdə dövlət və özəl sektorda mühasib olub, 1994-cü ildən vergi orqanlarında müxtəlif, 2004-cü ildən rəhbər vəzifələrdə çalışıb. 2009–2015-ci illərdə Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentinin rəisi, 2015–2019-cu illərdə Vergilər Nazirliyində nazirin müşaviri, departament rəisi, baş idarə rəisi və departamentin baş direktoru, 2019–2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Beynəlxalq vergitutma və vergi monitorinqi” və “Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət” baş idarələrinin rəisi olub.
22 dekabr 2022-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib. 2007-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2010-cu ildə 3-cü, 2020-ci ildə 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib. 2012-ci ildə ona 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
Təhsil
1988-ci ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına daxil olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun maliyyə və kredit fakültəsini bitirib.