Bahar Əvəz qızı Muradova
Komitə sədri
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Tərcümeyi-hal
Bahar Əvəz qızı Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə bitirib. 1984–1990-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində, 1994–2000-ci illərdə "Azərbaycan" Universitetində hüquq ixtisası üzrə təhsil alıb. 2009-cu ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb; dissertasiyası ATƏT-in Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindəki roluna həsr olunub.
Əmək fəaliyyətinə 1981-ci ildə Bakı toxuculuq fabrikində başlayıb. 1989–1995-ci illərdə ictimai təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında referent işləyib. Bir neçə çağırış Milli Məclisin deputatı seçilib, 2005–2020-ci illərdə Milli Məclis sədrinin müavini, 2015–2020-ci illərdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri olub.
2020-ci il martın 12-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.