Əsas məzmuna keç

Bahar Muradova: "Azərbaycanda qadınların orta maaşı kişilərdən azdır"

Bahar Muradova: "Azərbaycanda qadınların orta maaşı kişilərdən azdır"

2023-cü ildə Azərbaycanda qadınların və kişilərin orta aylıq nominal əməkhaqqı müvafiq olaraq 739 manat və 1 067 manat təşkil edib. Bunu Milli Məclisin bu...

2023-cü ildə Azərbaycanda qadınların və kişilərin orta aylıq nominal əməkhaqqı müvafiq olaraq 739 manat və 1 067 manat təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Muradova bildirib.

"Bu göstəricilərdə yəgin ki, payıza doğru dəyişikliklər baş verəcək. Əmək bazarında aparılan monitorinqlər nəticəsində məlum olur ki, qadınların payı artmaqdadır", - deyə o qeyd edib.

"Hazırda ölkədəki fərdi sahibkarların 23 %-i qadınlar, 77 %-i isə kişilərdir. Bu nisbətin qadınların xeyrinə dəyişməsi, onların maliyyəyə əlçatanlığının artırılması istiqamətdə müsbət addımlar atılır. Yeri gəlmişkən, banklarda çalışanların 38 %-i qadınlar, 62 %-i kişilərdir", - deyə B.Muradova əlavə edib.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…