Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bahar Muradova səsvermə hüququndan istifadə edib

1 dəq
Paylaş:
Bahar Muradova səsvermə hüququndan istifadə edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova seçkiləri ilə əlaqədar səsvermə hüququndan istifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, 23 -Səbail Dairəsinin 2-ci seçki məntəqəsində səs verib.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax