Əsas məzmuna keç

Milli Məclis deputatları Qazaxıstandakı seçkiləri müşahidə edəcək

Milli Məclis deputatları Qazaxıstandakı seçkiləri müşahidə edəcək

Milli Məclisin üzvləri Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək. Azərbaycanlı deputatların missiyası nələri əhatə edir?

en ru

Milli Məclisin bir qrup deputatı Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya keçiriləcək seçkiləri beynəlxalq müşahidəçi qismində izləmək məqsədilə avqustun 20-də bu ölkəyə səfər edəcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, Səbinə Salmanova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA), Nəsib Məhəməliyev MDB İcraiyyə Komitəsinin, Gülşən Paşayeva Assambleyasının (ATƏT PA), Günay Əfəndiyeva Parlament Assambleyasının (TÜRKPA) xətti ilə Astana şəhərində, deputat Hikmət Məmmədov isə TÜRKPA missiyasının tərkibində Almatı şəhərində prosesini izləyəcəklər.

Səfər müddətində deputatlar seçki məntəqələrində yaradılmış şərait və hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermənin gedişatını və vətəndaşların fəallığını müşahidə edəcəklər.

Səfər avqustun 25-də başa çatacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…