Əsas məzmuna keç

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Yaxın Şərqə səfəri çərçivəsində nələri müzakirə etdi?

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Yaxın Şərqə səfəri çərçivəsində nələri müzakirə etdi?

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper Yaxın Şərqə səfəri çərçivəsində regionun müttəfiq ölkələrinin liderləri ilə hərbi...

en ru

Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper Yaxın səfəri çərçivəsində regionun müttəfiq ölkələrinin liderləri ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Kuperin bir həftə davam edən səfəri noyabrın 22-də başa çatıb.

Səfər çərçivəsində admiral İsrail, Qətər və Səudiyyə Ərəbistanının yüksək vəzifəli mülki və hərbi rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə regionda mövcud təhlükəsizlik vəziyyəti və hərbi əməkdaşlığın davam etdirilməsi imkanları müzakirə olunub.

Noyabrın 18-də Kuper İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir və digər yüksəkrütbəli İsrail hərbi rəsmiləri ilə də görüşüb.

Səfərin əsas məqsədi ABŞ və İsrail silahlı qüvvələri arasında əməkdaşlıq və koordinasiyanın davam etdirilməsi, eləcə də İsrail hərbi komandanlığı ilə gələcək fəaliyyət planlarının müzakirəsi olub. Görüşlərdə, xüsusilə İran ətrafında gərginləşən vəziyyətə diqqət yetirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…