Əsas məzmuna keç

Dubay–Tel-Əviv reysində pilot qalmaqalı: Təyyarə Səudiyyəyə endirildi- YENİLƏNİB

Dubay–Tel-Əviv reysində pilot qalmaqalı: Təyyarə Səudiyyəyə endirildi- YENİLƏNİB

Təxminən 150 sərnişin daşıyan təyyarənin “qaçırılma kodu” verdiyi bildirilir. Təyyarənin izləmə sistemlərindən itdiyi iddia olunur.

en ru

Tel-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.

“Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "The Jerusalem Post"un məlumatına görə, hadisə pilotların bir-biri ilə mübahisəsi nəticəsində baş verib.

***

Qaçırıldığı bildirilən Dubay-Tel-Əviv təyyarəsinin 10 dəqiqə ərzində Səudiyyə Ərəbistanına eniş edəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

***

Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Ynet”in məlumatına görə, təyyarə bu barədə fövqəladə vəziyyət siqnalı verib.

Bildirilib ki, uçuşun istiqaməti Səudiyyə Ərəbistanına yönəldilib.

Məlumata görə, təyyarədə 150-dən çox sərnişin var.

İsrailin Benyamin Netanyahu və İsrael Katz məsələ ilə bağlı təcili iclas çağırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…