Əsas məzmuna keç

Netanyahu “Flydubai” insidentindən danışdı: Kəşfiyyat xəbərdarlığı olunmayıb

Netanyahu “Flydubai” insidentindən danışdı: Kəşfiyyat xəbərdarlığı olunmayıb

Baş nazir Benyamin Netanyahu Tel-Əvivə uçan “Flydubai” təyyarəsindəki insidentlə bağlı İsrailə konkret xəbərdarlıq edilmədiyini bildirib. O, hadisənin araşdırılmasını izləyəcəklərini, mümkün olduğu halda prosesdə iştirak edəcəklərini deyib.

en ru

İsrail “” reysi ilə bağlı insident təhlükəsi barədə kəşfiyyat məlumatı və ya xəbərdarlıq almayıb. İsrailin Baş naziri bu barədə CNN-ə müsahibəsində bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Netanyahu müsahibəsində İranın dəstəklədiyi qüvvələrin, “Hizbullah”ın və HƏMAS-ın İsrailə, eləcə də xaricdəki İsrail vətəndaşlarına hücum planlaşdırdığına dair çoxlu məlumatların olduğunu qeyd edib. Bununla belə, onun sözlərinə görə, konkret olaraq bu insidentlə bağlı prioritet xəbərdarlıq verilməyib.

"Fox News"a müsahibəsində hücum edən pilotun hazırda Səudiyyə Ərəbistanında dindirildiyini deyib. Daha sonra pilotun təyyarənin uçuşa başladığı Birləşmiş Ərəb Əmirliklərinə aparılacağını vurğulayan Netanyahu, İsrailin araşdırmanı diqqətlə izləyəcəyini və mümkün olarsa, prosesdə fəal iştirak edəcəyini bəyan edib.

Netanyahu daha əvvəl Ben Qurion hava limanında silahlı pilotu zərərsizləşdirən sərnişin ilə görüşüb. Qanlı köynəkdə baş nazirin qarşısına çıxan Hayonu Netanyahu qucaqlayıb. Baş nazirin sözlərinə görə, sərnişin pilotu necə zərərsizləşdirdiyi və təyyarəni kəskin enişdən necə çıxardığı barədə suala “sadəcə bunu etməli idim” cavabını verib.

Qeyd edək ki, insident sentyabrın 30-u səhər saatlarında baş verib. Uçuş zamanı təyyarə kəskin şəkildə hündürlük itirib və əvvəlcə 7700 fövqəladə vəziyyət siqnalı, daha sonra isə hava gəmisinin ələ keçirilməsindən şübhələnildikdə istifadə olunan 7500 kodunu göndərib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…