Əsas məzmuna keç

Misir hərbçiləri Səudiyyə Ərəbistanında yerləşdirilib?

Misir hərbçiləri Səudiyyə Ərəbistanında yerləşdirilib?

"Misir hərbçiləri Yəmən husilərinin mümkün hücumlarından krallığın strateji obyektlərini qorumaq məqsədilə Səudiyyə Ərəbistanında yerləşdirilib". Bunu...

en ru

"Misir hərbçiləri Yəmən husilərinin mümkün hücumlarından krallığın strateji obyektlərini qorumaq məqsədilə Səudiyyə Ərəbistanında yerləşdirilib".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Misirin naziri Bədr Əbdül Ati deyib.

"Biz artıq Səudiyyə Ərəbistanındakı qardaş və bacılarımızın müraciəti əsasında husilərlə mübarizəyə yardım göstərmək üçün orada hərbi qüvvələr yerləşdirmişik və onların sayını artırırıq", - deyə nazir bildirib.

O vurğulayıb ki, Misir hərbçilərinin Səudiyyə Ərəbistanında mövcudluğu yalnız müdafiə xarakteri daşıyır. Bu çərçivədə müsəlmanlar üçün müqəddəs hesab olunan Məkkə və Mədinə şəhərlərinin təhlükəsizliyinin təmin edilməsi də nəzərdə tutulur.

Həmçinin digər mənbələrdə qeyd olunub ki, Səudiyyə Ərəbistanına bir neçə yüz hərbçi, həmçinin zirehli texnika, zenit-raket kompleksləri və raketlər göndərilib.

Göndərilən silahlar arasında pilotsuz uçuş aparatlarını və alçaqdan uçan raketləri ələ keçirmək üçün nəzərdə tutulmuş Misir istehsalı "Amoun" zenit-raket kompleksi də var.

Bu, Qahirənin Səudiyyə Ərəbistanında hərbçilər və silahlar yerləşdirməsi ilə bağlı ilk rəsmi təsdiqdir.

Qeyd edək ki, bundan əvvəl Misirin Milli Müdafiə Şurası və Nümayəndələr Palatası krallığa müdafiə sahəsində dəstək göstərilməsi məqsədilə hərbi yardım ayrılması barədə qərarı təsdiqləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…